Metroda sərnişinlərə bıçaqlı hücum edildi - 3 qadın yaralandı

Paris metrosunun 3-cü xəttində axşamüstü saatlarında bıçaqlı hücum baş verib. Silahlı şəxs “Arts-et-Métiers”, “République” və “Opéra” stansiyalarında bir neçə qadına hücum edib. Hadisələr yerli vaxtla saat 16:15 ilə 16:45 arasında qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, metro rəsmilərinin təsdiqlədiyi məlumatlara əsasən, hücum edən şəxs əvvəlcə “République” stansiyasında bir qadını bıçaqlayıb, ardınca “Arts-et-Métiers” və “Opéra” stansiyalarında daha iki qadına hücum edib. Yaralanan qadınların həyatına təhlükə yoxdur.
Hücumlardan sonra qaçan şəxs daha sonra Parisin şimalında yerləşən Sarsel kommunasında saxlanılıb.
Hadisədən sonra metro xəttində təhlükəsizliyi təmin etmək üçün əlavə mühafizə qüvvələri cəlb edilib. Hadisə ilə bağlı istintaq davam edir, hüquq-mühafizə orqanları hücumun motivlərini müəyyənləşdirməyə çalışır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












