Metronun “Həzi Aslanov” stansiyası yaxınlığında baş verən yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Hadisə 12 Yanvar 2024 15:39 Oxunub 590
Metronun “Həzi Aslanov” stansiyası yaxınlığında baş verən yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, M.Hadi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində qamışlıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 450 kvadratmetr sahədə qamışlıq ərazi yanıb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

***

Paytaxtın Xətai rayonu ərazisində yanğın başlayıb.

Avtosfer.az bu barədə baku.ws-ə istinadən xəbər verir.

Bildirilib ki, hadisə rayonun Məhəmməd Hadi, 63 ünvanında, metronun “Həzi Aslanov” stansiyası yaxınlığında qeydə alınıb. Artıq hadisə yerinə yanğınsöndürənlər cəlb ediliblər.

Sözügedən görüntüləri təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh