Meyitinin palatada GİZLƏDİLDİYİ iddia edilən qadının ölümü ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

"Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunandan sonra həyatını itirən şəxsin ölüm səbəbini patoloji-anatomik təşrih nəticəsində müəyyənləşdirmək mümkündür".
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd olunub ki, 1987-ci il təvəllüdlü (qadın cinsli) şəxs 12 may, saat 16:30-da vəziyyətinin pisləşməsi səbəbilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcil tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Ona kəskin apendisit və lokalizə olunmuş peritonit diaqnozu təyin olunub. Pasiyent müayinə nəticələri əsasında təyin edilən diaqnoza əsasən təcili appendektomiya əməliyyatına alınıb.
Əməliyyatdan sonra stabil vəziyyətdə palataya yerləşdirilən pasiyentin vəziyyəti mayın 13-ü, saat 08:00 - da qəfil pisləşib. Dərhal reanimasiya tədbirlərinin görülməsinə və həkimlərin səylərinə baxmayaraq ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilib.
***11:06
Mayın 13-də Kürdəmir rayonunda cərrahi əməliyyat edilmiş qadın vəfat edib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Pərvanə Əli qızı Abdullayeva mayın 12-də Kürəmir Rayon Mərkəzi Xəstəxanasında apendisit əməliyyatı olunub.
Lakin 1 gün sonra qadın xəstəxanada vəfat edib.
Yaxınları bildirib ki, P.Abdullayevanı Rəşad adlı həkim əməliyyat edib. Onlar qadının tibbi heyətin səhlənkarlığından vəfat etdiyini iddia ediblər.
Faktla bağlı araşdırma aparılır.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












