Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün...

Bakıda "Lexus" sürən idmançı yolda mübahisə etdiyi qadın sürücünü təqib edərək Milli Məclisin qarşısında onu təhqir edib.
Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, Cabbar Quliyev (ad və soyad şərtidir) yolda idarə etdiyi "Lexus" markalı avtomobillə hərəkətdə olan zaman "Changan" markalı avtomobili idarə edən qadın sürücü onun hərəkət yoluna çıxıb.
Qadının sözlərinə görə, öz təqsirini etiraf edib üzr istəyəndə Cabbar onu təhqir edib. O da Cabbara cavab verərək yoluna davam edib. Lakin Cabbarın qəzəbi bununla soyumayıb və qadın sürücünün arxasınca gedərək Milli Məclisin qarşısında ona çatıb, avtomobili ilə yolunu kəsib və mübahisəni davam etdirib. Qadın avtomobildə qızı da olduğu üçün qorxub.
O, polisə müraciət edib. Cabbar xırda xuliqanlıqda təqsirli bilinib və 50 manat cərimə edilib. Cabbar keçmiş idmançı olduğunu, hazırda "Şüşəli bazar"da işlədiyini deyib. O, özünü təqsirli bilmədiyini söyləyib.
İrana Azərbaycanla münaqişə başlatmaq indiki vaxtda sərf eləmir - POLİTOLOQ
Naxçıvan aeroprotuna düşən dronun qalıqları - FOTOLAR
Naxçıvandan daha bir - VİDEO
“Maşın Şou”da qazandığı avtomobili məhkəmədə uduzdu - FOTO - VİDEO - YENİLƏNİB
Bakı Dairəvi yolunda yük maşınının yanmasından GÖRÜNTÜLƏR - VİDEO
Azərbaycanlı müğənni qəzaya düşdü: “… dəyən zərbə çox güclü idi” - FOTO
Bakı dairəvi yolunda maşın yandı - Sıxlıq yarandı - FOTO - VİDEO
Bakıda maşın velosipedçini vurub öldürdü
"Tik-Tok"da açıq videosunu paylaşan qadın 15 sutka həbs edildi
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı
Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq artdı - 1 milyondan çox ...








