Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - FOTO - YENİLƏNİB

Hadisə 30 Aprel 2026 16:06
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - FOTO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Milli Onkologiya Mərkəzində baş verən partlayış nəticəsində xəsarət alan Şüa-diaqnostika şöbəsinin həkim-radioloqu Asif Nəsirlinin fotosu yayılıb.

Avtosfer.az oxu.az-a istinadən həmin fotonu təqdim edir:

Milli Onkologiya Mərkəzində PARTLAYIŞ - Xəsarət alan həkimin FOTOSU

***15:44

Oxu.Az-ın xəbərinə görə, Şua-diaqnostika şöbəsinin I mərtəbəsində qeydə alınan hadisə zamanı həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb.

O, təcili olaraq xəstəxanaya hospitalizasiya olunub.

***15:36

Bu gün paytaxtın Yasamal rayonu ərazisində yerləşən Milli Onkologiya Mərkəzində partlayış olub.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, otaqların birində partlayış olması barədə məlumatlar yayılıb.

Məlumata görə, orada olan xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, bir həkim xəsarət alıb.

Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunublar.

Hazırda faktla bağlı araşdırma aparılır.

Oxunub : 438
ŞƏRH YAZ
Ad

E-mail

Şərh