Mingəçevirdə 35 yaşlı kişi dama çıxıb özünü atmaq istədi - VİDEO

Bu gün Mingəçevir şəhərində intihara cəhd olub.
Bu barədə Fövqəladə Hallar nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Mingəçevir şəhəri, Puşkin küçəsində bir nəfər vətəndaş dördmərtəbəli yaşayış binasının damına çıxaraq intihara cəhd nümayiş etdirib. Bunu görən sakinlər Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə hadisə barədə məlumat veriblər.
Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidməti Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Binanın həyətindəki yanğınsöndürən-xilasedicilər intihara cəhd etmək istəyən 1989-cu il təvəllüdlü Təhməzov Müşfiq Hilal oğlunu fikrindən daşındırmaq məqsədilə onunla məsafədən psixoloji söhbət apardıqları vaxt damdakı xilasedicilər yaranmış əlverişli vəziyyətdən istifadə edərək vətəndaşı anidən tutaraq intiharın qarşısını alıblar.
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB










