Mingəçevirdə binanın blokundan gürzə çıxdı - FOTO

Mingəçevirdə 5 mərtəbəli binanın blokundan gürzə ilanı çıxıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə M.Ə.Sabir küçəsi 3 saylı ünvandakı yaşayış binasının blokunda qeydə alınıb.
İlan orada çalışan usta tərəfindən öldürərərək zərərsizləşdirib.
Məsalə ilə bağlı Dezinfeksiya Stansiyasından saytımıza bildirilib ki, hadisə barədə məlumatlıdırlar və Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi ilə müvafiq addımlar atılacaq. Eyni zamanda açıqlamada o da qeyd olunur ki, bu yaxınlarda şəhərin Nizami küçəsində də oxşar hadisə yaşanıb. O zaman isə ilan evdə peyda olub və ev sahibi tərəfindən öldürülüb. M.Ə.Sabir küçəsində baş vermiş hadisə ilə bağlı Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsiinin daxil olan müraciət əsasında əməkdaşlar əraziyə baxış keçirib.1 saylı Mənzil İstismar Sahəsinin müdiri Yaqub Yadigarovun verdiyi məlumata görə, ərazidə ilan görünməsi kimi bir hadisə ilk dəfədir ki, müşahidə olunur. Bina və zirzəmi əməkdaşları tərəfindən dezinfeksiya olunub.

Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO
Məktəbli valideyni ilə hərəkətdə olan maşınların üzərinə şığıdı - VİDEO
Bakıda piyada özünü avtomobilin önünə atdı - VİDEO
Sabirabadda "Prado" qadını vurub ÖLDÜRDÜ
Bakıda avtobus piyadanı vurdu
Qayda pozan sürücü onu çəkən qadın sərnişini təhqir etdi - VİDEO
Yaşayış kompleksində park edilmiş “Hyundai” bir anda alova büründü - VİDEO
Heyvanlardan qazanc əldə edən “Bio Garden”də itlər acınacaqlı vəziyyətdədir - VİDEO
Kürdəmirdə sürücü avtomobillə iti vurdu; sürüb qaçdı – VİDEO














