Banner

Mingəçevirdə qayınana və gəlin dəm qazından zəhərləndi - YENİLƏNİB

Hadisə 26 Dekabr 2025 12:41 Oxunub 146
Mingəçevirdə qayınana və gəlin dəm qazından zəhərləndi   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dekabrın 26-da saat 08:40-da iki nəfər (qadın) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə dəm qazından zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumatda qeyd olunub ki, zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri davam etdirilir, vəziyyətləri stabildir.

 

***11:48
Mingəçevirdə bir ailənin iki üzvü dəm qazından zəhərlənib.

Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində yerləşən keçmiş köçkün şəhərciyində baş verib. 1935-ci il təvəllüdlü Nabat İsmayılova və 1973-cü il təvəllüdlü gəlini Mədinə İsmayılova yaşadıqları mənzildə dəm qazından zəhərləniblər.

Hər iki şəxs xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./unikal

ŞƏRH YAZ
Ad

E-mail

Şərh