Mingəçevirdə qəribə hadisə: Oğrunu yaxalamaq istəyən gözətçi damdan yıxıldı - VİDEO

Hadisə 12 Fevral 2022 21:10 Oxunub 1134
Mingəçevirdə qəribə hadisə: Oğrunu yaxalamaq istəyən gözətçi damdan yıxıldı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Mingəçevirdə oğrunu tutmaq üçün qaçan şəxs xəstəxanalıq olub. Şəhərdə gözətçi işləyən şəxsin iddialarına görə gecə saatlarında əraziyə daxil olan oğrunu tutmağa çalışarkən yıxılaraq xəsarət alıb.

Avtosfer.az xəbər verir ki, oğrunun arxası ilə qaçan gözətçi hündürlükdən düşərək ağır xəsarət alıb. Hadisə Mingəçevirdə baş verib. Şəhərdə fəaliyyət göstərən liseyin gözətçisi Elsəvər Rəcəbli, çalışdığı təhsil ocağının qonşuluğunda yerləşən ticarət mərkəzinin dam hissəsində səs eşitdiyini və oğurluq ola biləcəyini düşünərək həmin hissəyə qaçıb.Bu zaman dam örtüyü sınıb və gözətçi hündürlükdən düşərək ağır xəsarət alıb. Mingəçevir Təbiət Riyaziyyat  və Humanitar Elmlər Təmayüllü liseyin müdir müavini xəsarət alan şəxsin uzun illərdi gözətçi işlədiyini bildirib. Mingəçevir şəhər xəstəxanasından isə bildirilib ki, hazırda xəstənin vəziyyəti orta ağırdır. Bədənin müxtəlif nahiyyələrində sınıqları var. Baş verən hadisə ilə bağlı daxili işlər nazirliyinin şəki regional idarəsinin  mətbuat xidmətindən isə xəzər xəbərə bildirilib ki, Elsəvər Rəcəblinin ifadəsi alınıb məsələ ilə bağlı araşdırmalar davam etdirilir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh