Mingəçevirdə silahlı şəxs saxlanıldı; “Kalaşnikov”u... - FOTO - VİDEO

Hadisə 14 İyun 2024 11:08 Oxunub 226
Mingəçevirdə silahlı şəxs saxlanıldı; “Kalaşnikov”u... - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən, əvvəllər də məhkum olunmuş Ümid Abbasov saxlanılıb. 

Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ondan bir ədəd “Kalaşnikov” avtomatı, daraq və 30 ədəd patron aşkarlanıb. Ü.Abbasov odlu silahı bir il əvvəl əldə etdiyini və yaşadığı evin zirzəmisində gizlətdiyini bildirib. Sonuncu dəfə o, avtomatı başqa yerdə gizlətmək məqsədilə apararkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Ü.Abbasov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh