Misirdə köpək balığı turist qadını parçaladı - ANBAAN VİDEO
Hadisə 2 İyul 2022 14:00 Oxunub 3798
Misirdə köpək balığı turist qadını parçaladı - ANBAAN VİDEO

Misirdə qadın köpək balığının hücümüna məruz qalıb. Avtosfer.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb. Bədbəxt hadisə Hurqada şəhərində baş verib.

Akulanın hücumu nəticəsində Avstriya vətəndaşı olan qadın əl və ayaqlarından itirib. O, xəstəxanaya çatdırılarkən vəfat edib.

Qeyd edək ki, Misirdə sonuncu dəfə analoji hadisə 2010-cu ildə baş vermişdi. O zaman Almaniya vətəndaşı həlak olmuş, üç rusiyalı və bir ukraynalı isə xəsarət almışdı.

Hadisənin videogörüntülərini təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh