
MKİ qərargahının qarşısında atışma olub, bir nəfər yaralanıb
Hadisə
22 May 2025 18:36
Oxunub 184

ABŞ-ın Virciniya ştatının Maklin şəhərində yerləşən Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) baş qərargahının qarşısında atışma baş verib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə MKİ sosial mediada paylaşım edib.
Bildirilib ki, insident zamanı MKİ mühafizəçiləri bir nəfərə atəş açıblar. Qeyd edilib ki, qərargahın ön qapıları atışmadan sonra bağlanıb.
Hadisə nəticəsində güllələnən şəxs ölümcül xəsarət almayıb.
Təfərrüatlar və insidentin səbəbləri barədə əlavə məlumat verilməyib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR