MN korpusunun sabiq maliyyə xidmət rəisi 6 milyonluq mənimsəmədə ittiham olunur

Müdafiə Nazirliyinin “N” saylı korpusunun Maliyyə xidmət rəisi vəzifəsini icra etmiş Namiq Mirzəyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama görə, təqsirləndirilən şəxs Goranboy və Kəlbəcər rayonlarında yerləşən hərbi hissələrdə xidmət etdiyi dövr ərzində tamah məqsədilə dövlət əmlakını xüsusilə külli miqdarda mənimsəyib.
Belə ki, təqsirləndirilən şəxs müxtəlif şəxslərin adına olan bank kartlarına pul köçürərək qanunsuz şəkildə nağdlaşdırıb.
İttiham aktına münasibət bildirən cinayət işi üzrə təqsirləndirilən Namiq Mirzəyev ittihamla razılaşmadığını, özünü qismən təqsirli hesab etdiyini bildirib: “Mən 179.4 və 308-ci maddələr ilə ittiham olunuram. 308-ci maddə ilə özümü təqsirli bilsəm də, digər maddə ilə qismən təqsirli bilirəm. Mən dövlətə 43.800 manat ziyan ödəmişəm. Hazırda həbsdə olduğum üçün ödəniş edə bilmirəm”.
Daha sonra şahidlər ifadə verib. Onlar ibtidai istintaqa verdikləri ifadəni təsdiq ediblər.
Məhkəmə digər 4 şahidin ifadəsi ilə avqustun 27-də davam etdiriləcək.
Qeyd edək ki, Namiq Mirzəyev ötən ilin avqust ayında DTX-nın vəsatəti əsasında həbs edilib.
Təqsirləndirilən Namiq Mirzəyev AR Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham olunur.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












