Müdafiə Nazirliyinin eyni idarəsinin 2 rəisi həbs edildi - RƏSMİ
Hadisə
23 Fevral 2022 20:28
Oxunub 1402
Müdafiə Nazirliyinin sabiq idarə rəisi həbs edilib. Avtosfer.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib. Qeyd olunub ki, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Şirvanov Mahir Məhərrəm oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4, 341.2.1 və digər maddələr ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, M.Şirvanov Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Qurbanov Məlikməmməd Oruc oğlundan əvvəl sözügedən vəzifədə çalışıb. M.Qurbanov da bir neçə gün əvvəl həbs olunub.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR