Möhbalıyevin restoranının pullarını kazinoda uduzdu - Həbs olundu

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Batabat” restoranının Aqil adlı icraçı direktoru sözügedən obyektin pullarını kazinoda uduzub.
Avtosfer.az xəbər verir ki, bu barədə “Qaynarinfo” məlumat yayıb.
Restoran sahibinin bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyi bildirilir. Aqil adlı şəxs saxlanılıb və ona Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 179.2.4-cü (mənimsəmə və ya israf etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Cinayət işinə Şahbuz Rayon Məhkəməsində hakim Daşqın Səfərovun sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 29 may 2025-ci ildə restoranın direktoru təyin olunub. Lakin bu rəsmi şəkildə baş verməyib. Aqilin sözlərinə görə, onu restoranın direktoru vəzifəsinə Azərbaycan Həmkarlar İttifaqları Konfederesiyasının keçmiş sədri, sabiq deputat Səttar Möhbalıyev təyin edib.
Aqil əlavə edib ki, iyul ayının 12-dək qeyri-rəsmi olaraq restoranın direktoru vəzifəsində çalışıb. Daha sonra Türkiyəyə gedib. O, restoranın pullarını “Pinco-Casino” adlı kazinoda uduzduğunu deyib.
Məhkəmənin hökmü ilə Aqil 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Qeyd edilib ki, “Batabat” restoranı “Batabat Restoranı” MMC-yə məxsusdur. Bu MMC-nin qanuni təmsilçisi Möhbalıyev Ayxan Namiq oğludur. O, Səttar Möhbalıyevin qardaşı oğludur.

Mediada gedən məlumatlara görə, “Batabat” restoranı Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun nəzarətində olan “Nəqşicahan Holdinq”in tərkibində fəaliyyət göstərib. Vasif Talıbov tutduğu vəzifədən azad edildikdən sonra onun biznes imperiyası da çökməyə başlayıb.
Belə ki, Ali Məclisin keçmiş sədrinin nəzarətində olan biznes subyektləri, o cümlədən “Batabat” restoranı onun əlindən çıxıb. Restoran Naxçıvan Həmkarlar İttifaqları Şurasının balansına keçib. Bir müddət sonra isə Səttar Möhbalıyev obyekti özəlləşdirib.
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO












