Moskva DƏHŞƏT YAŞADI - BOMBALAR...

Moskvada bir neçə ali təhsil müəssisəsində tələbə və əməkdaşların təxliyəsi həyata keçirilib.
Avtosfer.az xəbər verir ki, RBC-yə Moskva Dövlət İdman və Turizm Universitetinin (MSUST) qəbul şöbəsindən bildirilib.
Məlumata görə, universitetin beş kampusunun hamısı təxliyə edilib. Qəbul şöbəsindən bildirilib ki, təxliyə başa çatıb və hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə işləyir. Hadisə yerinə aidiyyəti xidmətlər də cəlb olunub.
Bundan əlavə, D. İ. Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universitetində tələbə və əməkdaşların təxliyəsi ilə əlaqədar dərslər ləğv edilib.
Moskva Dövlət Psixologiya və Təhsil Universitetində isə anonim məlumat daxil olduqdan sonra tələbə və əməkdaşlar distant təhsilə keçirilib.
Universitetin mətbuat xidmətindən TASS-a bildirilib ki, daxil olan məlumatla bağlı Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinə məlumat verilib.
“Bütün tələbələr və əməkdaşlar distant təhsilə keçirilib. Heç bir panika yoxdur, xidmətlər işləyir”, – deyə universitetdən bildirilib.
MSK1.ru isə tələbələrə istinadən GİTİS, Dövlət Təhsil Universiteti, Kosıgin adına Rusiya Dövlət Universiteti, Xamovnikidə yerləşən Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin kolleci, Seçenov Universiteti və Müasir İncəsənət İnstitutunda da təxliyənin həyata keçirildiyini yazıb.
“Ehtiyatlı olun, Moskva” Telegram kanalı isə GİTİS-ə bomba yerləşdirilməsi ilə bağlı xəbərdarlıq daxil olduğunu və bundan sonra institutun Kislovski küçəsində yerləşən əsas binasının təxliyə edildiyini bildirib.
Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universitetində təxliyənin səbəbi ilə bağlı isə rəsmi açıqlama verilməyib.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO













