Moskvaya uçan təyyarə Bakıya buna görə təcili enibmiş - VİDEO

Dubay-Moskva reysi ilə uçan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib. Təcili enişin səbəbi sərnişinlərdən birinin özünü etik qaydalara uyğun aparmaması olub.
Avtosfer.az xəbər verir ki, Rusiyanın “Baza” teleqram kanalı “Aeroflot” aviaşirkətinə məxsus sözügedən təyyarədə baş verən hadisənin görüntülərini yayıb.
Bildirilib ki, həmin sərnişin uçuş boyu qışqırıb, ekipaj üzvlərini itələyib, illüminatoru sındırmağa cəhd edib.
Digər sərnişinlərin sözlərinə görə, Roman Paxomov adlı bu şəxs ilk olaraq təyyarəyə mindikdə ayıq olub. Lakin iddialara görə, o, üzərində spirtli içki gizlədərək hava gəmisinə daxil olub.
Ekipaj üzvləri onun öhdəsindən gələ bilmədikdə təyyarənin Bakıda enməsi ilə bağlı qərar verilib. Hava gəmisi Bakıda yerə endikdən sonra isə Paxomov polisə təhvil verilib.
“Baza”nın məlumatına görə, o, özünə gəldikdə heç nə xatırlamadığını bildirib.
(qafqazinfo)
Sosial şəbəkələrdə əxlaqsız paylaşımlara cəza sərtləşdirilir - Sərt xəbərdarlıq
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - FOTOLAR - YENİLƏNİB
Maşının kapotu üzərində 20 km sürükləndi - VİDEO
Müğənni Nəfəs "Lorenzo Home"dan şikayət etdi: "8 aydır evimə köçə bilmirəm" - VİDEO
Zabrata 3 gündür su verilmir; xətdə qəza baş verib – RƏSMİ AÇIQLAMA – VİDEO
Keçidin yaxınlığından yolu keçən piyadalar təhlükə yaratdılar - VİDEO
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı











