Moskvaya yenidən dron hücumu oldu - VİDEO

Hadisə 23 Avqust 2023 07:38 Oxunub 540
Moskvaya yenidən dron hücumu oldu   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyanın paytaxtı Moskva şəhərinə yenidən dron hücumu olub.

Bu barədə paytaxt meri Sergey Sobyanin teleqram kanalında məlumat yayıb.

O, Moskva vilayətinin Mojaysk rayonunda 1 PUA-nın hava hücumundan müdafiə vasitəsi ilə vurulduğunu, daha bir PUA-nın isə Moskva-Siti ərazisində tikilməkdə olan binaya düşdüyünü yazıb. 

Rusiya aviasiya xidmətləri də Moskva hava limanlarının hələ ki təyyarələri qəbul etmədiyini və göndərmədiyini bildirib.

Xatırladaq ki, ötən gecə də Moskva 2 dron hücumuna məruz qalmışdı. 

(qafqazinfo)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh