Motosikletçi avtomobil sürücülərinə üsyan etdi - VİDEO

Hadisə 4 May 2023 16:29 Oxunub 882
Motosikletçi avtomobil sürücülərinə üsyan etdi   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Motosiklet sürücüsü onu nəqliyyat vasitəsi kimi görməyən avtomobillərlə bağlı şikayətini dilə gətirdi.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə geniş yayılan video Nəsimi rayonunun Cavadxan küçəsində qeydə alınıb. Şikayətçinin özü tərəfindən lentə alınan görüntüdən aydın olduğu kimi motosiklet sürücüsü yol boyu hərəkət edən avtomobil idarəçilərinə iradını bildirib. Qarşısında hərəkət edən avtomobil sürücülərinin onu görmədən hərəkət etmələrinə gileylənən motosikletçi daim bu halla rastlaşdığını paylaşdığı videonun açıqlama qismində qeyd edib. Həmçinin məlumatında dəfələrlə avtomobil sürücülərinin onun yoluna girdiyini və qəza təhlükəsi ilə qarşı-qarşıya qaldığını da bildirib. Motosiklet sürücülərini görməzdən gəlməyi seçən maşın idarəçilərinə üz tutan şikayətçi onları bu əməldən çəkinməyə səsləyib.

Nərmin Əkbər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh