Motosikletçi sərnişini qəzəbləndirdi: “Sürə bilmirsinizsə sürməyin bu..” - VİDEO

İki avtomobilin arasına sıxışan motosikletçi sərnişinin qəzəbindən yan ötmədi.
Avtosfer.az xəbər verir ki, hadisə elə motosikletçinin özü tərəfindən lentə alınıb. Videoda əks olunan görüntülərdən məlum olduğu kimi motosiklet sürücüsü işini çətinləşdirərək dayanan avtomobillərin arasına girib. Bu zaman “Mercedes” markalı, 99-RV-102 dövlət nömrə nişanlı avtomobildəki sərnişin yaxınlaşan motosikletçiyə “Dəyirsən ora-bura heç olmasa üzr istə, sonra get” deyib. Sürücü isə cavabında avtomobilə toxunmadığını, sadəcə şalvarının dəydiyini bildirib. Öz fikirlərindən dönməyən sərnişin və sürücü arasında mübahisə getdikcə böyüsə də avtomobilin hadisə yerindən uzaqlaşmasıyla sonlanıb. İstənilən halda motosiklet sürücüsünün bu davranışa yol verməsi qanuna ziddir. Avtomobil kimi motosiklet də nəqliyyat vasitəsidir və qaydalar hər biri üçün keçərlidir.
Nərmin
Azərbaycanlı müğənni qəzaya düşdü: “… dəyən zərbə çox güclü idi” - FOTO
Bakı dairəvi yolunda maşın yandı - Sıxlıq yarandı - FOTO - VİDEO
Bakıda maşın velosipedçini vurub öldürdü
"Tik-Tok"da açıq videosunu paylaşan qadın 15 sutka həbs edildi
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı
Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq artdı - 1 milyondan çox ...
İşıqforu və hərəkətdəki maşınları gözardı edən qadın qəzadan güclə xilas oldu - VİDEO
Naxçıvanda maşınla vurulan gənc qız öldü - FOTO
Xocalıda yollar buz bağladı: Vətəndaşlar köməksiz vəziyyətdə qaldı - FOTO - VİDEO
Qanunsuz lizinq, yüksək faiz - "Avto Kredit" qanunları necə pozur? - FOTOLAR
Sarayda minik avtomobili yandı








