Motosikletlə kafeyə girib narahatlıq yaradan sürücü cərimələndi – 250 manat - VİDEO

Motosikletlə müştərilərin olduğu kafeyə girib narahatedici hərəkətlər edən sürücü cərimələnib. Avtosfer.az xəbər verir ki, Türkiyənin Kocaeli şəhərində baş verən hadisə kameraya düşüb. Belə ki, Gebze rayonunda motosikletlə kafeyə girib müştərilərin oturduğu masaların arası ilə hərəkət edən sürücü – “Sizə salamlar, İmperator! Yeməyinizdən həzz alın, gününüz xoş keçsin” ifadələrini qışqıraraq söyləyib. Bu hərəkətlərini dəbilqədə olan kamera ilə qeydə alan motosikletli görüntüləri sosial mediada paylaşıb. Bir çox istifadəçinin qəzəbinə tuş gələn video polis əməkdaşlarının diqqətindən qaçmayıb. Tez bir zamanda motosikletçinin şəxsiyyəti müəyyən edilib və o saxlanılıb.
Nəticədə onun sürücülük vəsiqəsi müddətsiz olaraq əlindən alınıb və 251 manat da cərimələnib.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Taksi sürücüsü müştərini aparmaqdan imtina etdi - Məhkəməlik oldu
Restoranda hallanan kişi qadın sürücünü evinədək təqib etdi - Əri ilə dalaşıb həbsə düşdü
Masallıda qaz borusuna çırpılan avtomobil tamamilə YANDI - VİDEO
Bakıda parkinq restoran tərəfindən zəbt olunub? - FOTOLAR
Avtobusdan düşən kimi yola qaçan qadın qəzanın bir addımlığından döndü - VİDEO
"Neftçilər" stansiyası yaxınlığında yanan avtomobil söndürüldü - VİDEO - YENİLƏNİB
Metroda problem yarandı - Qatarlar gecikir
Əri öləndən sonra evdən qovuldu, maşın vurub öldürdü - Şəmkirdə ukraynalı qadının dramı
Bu şəhərdə 22 yaşlı gənc bıçaqla 30 avtomobilin təkərini deşdi – ANBAAN VİDEO
Sosial şəbəkələrdə əxlaqsız paylaşımlara cəza sərtləşdirilir - Sərt xəbərdarlıq
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - FOTOLAR - YENİLƏNİB








