Motosikletlə məsafə saxlamayan sürücü kuryeri görün necə əsəbiləşdirdi - VİDEO

Hadisə 14 Dekabr 2023 20:40 Oxunub 1028
Motosikletlə məsafə saxlamayan sürücü kuryeri görün necə əsəbiləşdirdi   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bayker ilə sürücü arasında baş vermiş insident sosial şəbəkələrdə geniş yayılıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə dünən (13 dekabr) günorta saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, motosikleti park edən bayker məsafə saxlamayan sürücü ilə mübahisə edib. Belə ki, o, sürücüyə “Nə edirsən, ay qardaş? Çantanı açıb sifarişi təslim etməliyəm” deyə, şikayətini bildirib. Sürücü isə baykerə işarə edərək motosikleti fərqli şəkildə park etməli olduğunu qeyd edib. Daha da əsəbiləşən kuryer “Məntiqlə danışaq bu cür parkovka olur?” deyə, sual verib. Sürücü isə “Çıxmaq istəyəndə mən sənə yol verəcəm sifarişləri götürərsən” deyib. Bayker isə sifarişinin çox olduğunu və götürə bilməyəcəyini təkrar vurğulayıb. Sonda sürücü fikir söyləmədən ərazidən uzaqlaşıb.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh