Motosikletlə sərxoş kişinin üstündən keçdi, 5 il 6 ay cəza aldı

Saatlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Niyaməddin İsgəndərova hökm oxunub.
Avtosfer.az xəbər verir ki, e.huquq.az-ın əldə etdiyi məlumata görə, Lənkəıran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə N.İsgəndərov Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinərək 5 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə mart ayında Hacıqabul-Bəhrəptəpə-Mincivan avtomobil yolunun Saatlı rayonu Qırağlı kəndi ərazisində qeydə alınıb. Belə ki, 1976-cı il təvəllüdlü N.İsgəndərov nəqliyyat vasitələrini idarə etmək hüququ və etibarnaməsi olmadan idarə etdiyi "Dnepr-11" markalı motosiklet ilə yolun hərəkət hissəsində sərxoş vəziyyətdə uzanmış 1974-cü il təvəllüdlü Əliyev Ədalət Bəykişi oğlunun üzərindən keçib. Sürücü zərərçəkmişə ilkin tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmədən və hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən yol-nəqliyyat hadisəsi yerindən qaçıb. Ə.Əliyev isə aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












