“Moyka”dan qaçırdıqları maşını doğrayıb satmaq istəyiblər - FOTO - VİDEO

Nizami rayonunda avtoyuma məntəqəsindən müştərinin maşınını qaçıran şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, sürücü polisə müraciət edərək yumaq məqsədilə avtoyuma məntəqəsinə verdiyi “Hyundai” markalı avtomobilinin naməlum şəxslər tərəfindən qaçırıldığını deyib. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 25 yaşlı Elşən Hüseynov və 23 yaşlı Səyyad Mehdizadə saxlanılıblar. Araşdırmalar zamanı məlum olub ki, avtoyuma məntəqəsində çalışan E.Hüseynov və S.Mehdizadə yumaq üçün onlara həvalə olunan nəqliyyat vasitəsini qaçıraraq əvvəlcə hissələrə ayırıb satmaqla “izi” itirməyə çalışıblar. Bu planları baş tutmadıqda isə avtomobili yol kənarında tərk edərək ərazidən uzaqlaşıblar. Nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən tapılıb.

Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO
Bakıda süpürgəçini maşın vurub öldürdü
Gəncədə qətlə yetirilən şəxs DİREKTOR MÜAVİNİ İMİŞ: Oğlu saxlanıldı - FOTO - YENİLƏNİB
Gəncədə avtomobil keçiddən keçən orta yaşlı kişini vurdu - VİDEO










