Mübahisə etdiyi şəxsi baltaladı - Qaçanda özünü maşın vurdu

Bakıda Azər İbrahimovun qətlə yetirilməsi faktı üzrə təqsirləndirilən, əvvəllər məhkumluq həyatı yaşamış Təbriz Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Avtosfer.az "Musavat.com"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Təbriz Həsənov vəsatət qaldıraraq cinayət işinə prokurorluqda yenidən baxılmasını tələb edib. O, məhkəmədə çıxış edərək özünə qarşı haqsızlıq edildiyini iddia edib. Hakim cavabında bildirib ki, təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında törətdiyi cinayət əməlini etiraf edib. Bununla belə, Təbriz Həsənov yenidən sərbəst ifadə vermək istədiyini qeyd edərək məhkəmədən bu barədə xahiş edib. Dövlət ittihamçısı isə təqsirləndirilən şəxsin vəsatətini əsassız hesab edərək etiraz edib. O qeyd edib ki, şahidlər dindirildikdən sonra ifadələrdə ziddiyyət yarandığı təqdirdə təqsirləndirilən şəxsin yenidən ifadə verməsinə ehtiyac yarana bilər. Dövlət ittihamçısı əlavə edib ki, hazırkı mərhələdə işin yenidən ibtidai istintaqa qaytarılması qeyri-obyektiv olardı. Eyni zamanda, dövlət ittihamçısı bildirib ki, qətldən sonra baş vermiş avtonəqliyyat hadisəsi ilə bağlı müvafiq sorğular göndərilməlidir. “Hadisə yerindən qaçarkən Təbriz Həsənovun naməlum avtomobil tərəfindən vurulması ilə bağlı avtomobilin kimə məxsus olması və digər məlumatlar dəqiqləşdirilməlidir. Hazırda yalnız Seymur adlı şəxsin adı məlumdur. Məlumatlar əldə edildikdən sonra məsələyə münasibət bildiriləcək”, - deyə o qeyd edib. Zərərçəkmişin hüquqi varisi dövlət ittihamçısının vəsatəti ilə razı olub. Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edib. Şahidlərin məcburi gətirilməsi qərarına baxmayaraq, onlar prosesdə iştirak etməyiblər. Məhkəmə müşavirə keçirərək şahidlərin iştirakı təmin olunmadığından prosesi təxirə salıb. Bu səbəbdən növbəti məhkəmə iclası sentyabrın 12-nə təyin olunub.
Qeyd edək ki, 2024-cü ilin oktyabrın 13-də, saat 22 radələrində Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Azər İbrahimov kəsici alətlə qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Təbriz Həsənov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. İstintaqla müəyyən olunub ki, Azər İbrahimov həmin gün yaxınları ilə restoranda yeyib-içdikdən sonra baş vermiş mübahisə zamanı balta ilə qolundan və kürəyindən xəsarət alıb. Ağır yaralı vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Təbriz Həsənov hadisə yerindən qaçarkən naməlum avtomobil tərəfindən vurularaq xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Küçəni zibilləyən sürücü cəzalandırıldı - 8 sutka həbs olundu
Kamran Əsədov məhkəmə zalında həbs olundu - QƏRAR
Sürücünün önünə qəfil çıxan piyada az qala maşının altında qalacaqdı - REAL VİDEO
"BakuBus"ın 6 nömrəli marşrutu ilə bağlı NARAZILIQ: "Yarım saat gözləməli oluruq"
“Lexus”un şüşəsini sındırıb pul və sənədləri oğurladı
Bəylər Əyyubovun qardaşı oğlunun işi üzrə daha 2 nəfər həbs edildi
“Range Rover” və “Hyundai”dən oğurluq edən şübhəli tutuldu
Metrodakı yanğından sağ çıxmışdı, bu dəfə evində öldü
Qızıl daşıyan maşın aşdı; 8 kiloqram qızıl axtarılır - FOTO
YDM-də huşunu itirən kişi soyğunçuluğa məruz qaldı: Pulu və telefonu oğurlandı - FOTOLAR
DİN əməliyyat keçirib, 46 kq marixuana aşkarlanıb - FOTO - VİDEO











