Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürən şəxslə bağlı qərar ləğv edildi

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İsmayıl Şabanovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Avtosfer.az Pravda.az-a istinadla xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Məhkəmənin qərarına əsasən, kassasiya protesti təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı qismən məhkuma təyin edilmiş cəzaya aid hissədə ləğv olunub, cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilib.
İttihama görə, İsmayıl Şabanov 28 aprel 2024-cü il tarixdə, gecə saatlarında şəxsi münasibətlər zəminində qohumu ilə yaranmış mübahisəyə görə qisas almaq məqsədilə hərəkət edib. O, idarə etdiyi "Toyota Prius" markalı avtomobillə əvvəlcədən razılaşdırılmış ünvana - Bakı şəhəri, Qobustan qəsəbəsində yerləşən "Beşmərtəbə" adlanan əraziyə gedərək zərərçəkmiş Məcid Məcidovu (adı, soyadı şərtidir) görən kimi avtomobili yüksək sürətlə onun üzərinə sürüb, divara sıxaraq ağır bədən xəsarətləri yetirib. Zərbənin nəticəsində zərərçəkmişin sol qamış sümüyünün qəlpəli sınığı və sağ ayağında açıq sınıq aşkarlanıb, əməliyyat olunub və həyat üçün təhlükəli hesab edilən ağır dərəcəli xəsarətlər alıb. Bundan sonra İsmayıl Şabanov avtomobildən çıxardığı domkrat dəmir hissəsi ilə Məcidin baş nahiyəsinə də zərbə endirib, ona yüngül xəsarət yetirməklə cinayət əməllərini davam etdirib. Beləliklə, o, qəsdən zərərçəkmişin sağlamlığına ağır zərər vurmaqda təqsirləndirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl Şabanov dörd il müddətinə azadlıqdan məhrum edilib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb. Bakı Apellyasiya Məhkəməsi sonradan bu cəzanı üç ilə endirib. Lakin dövlət ittihamçısının kassasiya protestinə əsasən, Ali Məhkəmə həmin qərarı qismən ləğv edərək, işin yenidən apellyasiya instansiyasında baxılması barədə qərar qəbul edib.
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO












