Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Masallıda Viləşçay Su Anbarı İstismar İdarəsinin əməkdaşı olmuş Cavid Şirəliyevin məhkəməsi başa çatıb. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə C.Şirəliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib. İbtidai istintaq zamanı məlum olub ki, 1983-cü il təvəllüdlü Cavid Şirəliyev həm də 7gun.org saytının rəhbəridir. O, 2012-2014-cü illərdə “7 Gün Xəbər” qəzetinin rəhbəri olsa da, sonradan onlayn formada fəaliyyət göstərib. Bildirilib ki, Masallı rayon Ərkivan qəsəbə sakini Cavid Şirəliyev həmyerlisi, Rusiya vətəndaşı Ağagül Nəsirovu Masallıda fəaliyyət göstərən bazarda tikilməkdə olan ticarət mərkəzinə müdir təyin etmək adı ilə onun 68 min manatını paytaxtın Nərimanov rayonunda dələduzluq yolu ilə ələ keçirib. Məhkəmədə C.Şirəliyev özünü təqsirli bilməyib və iddiaların həqiqətə uyğun olmadığını deyib. Araşdırmalar nəticəsində onun əvvəllər “hədə-qorxu ilə tələb etmə” cinayətinə görə məhkum edilməsi də müəyyənləşib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavid Şirəliyev 7 il həbs cəzasına məhkum edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












