Müəllimin ölümünə səbəb qəbulda əsəbiləşməsi olub? - AÇIQLAMA

Goranboy şəhər 1 nömrəli tam orta məktəbdə fizika fənnini tədris edən Elnur Aslanov dünyasını dəyişib.
Avtosfer.az "Qafqazinfo"a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
İddia edilib ki, müəllim bir neçə gün öncə Goranboy Təhsil Sektorunda olub və qəbul zamanı əsəbiləşdiyi üçün həmin vaxt beyninə qan sızıb, bundan sonra halı pisləşib. Müəllimin xəstəxanaya yerləşdirildiyi, beyin əməliyyatı olunduğu da vurğulanıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
İddialarla bağlı Gəncə-Daşkəsən Təhsil İdarəsindən bildirilib ki, "Goranboy şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Elnur Aslanov 3 noyabr tarixində vəfat edib. Müəllimin hansı səbəbdən dünyasını dəyişdiyi barədə məlumatı müvafiq dövlət orqanından əldə edə bilərsiniz".
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 30.10.2024-cü il tarixində saat 18:30-da 1984-cü il təvəllüdlü (kişi cinsli) şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub:
"Ona hipertonik kriz diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərildikdən sonra özəl tibb müəssisələrindən birinə təxliyə olunub".
Bakıda yüksəkrütbəli şəxs güllələnərək ÖLDÜRÜLDÜ
Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - FOTO
Parkla yolu səhv salan piyada qəza təhlükəsi yaratdı - VİDEO
286 km/saat sürətdə təkər cırıldı, zərərçəkən olmadı - VİDEO
Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı
Muzeydən milyonlarla dəyəri olan nadir eksponat oğurlandı
Xırdalanda yolu qazıb yarımçıq qoydular – Sürücülər çətinlik çəkir - VİDEO
Maşınların arasından çıxan piyada qəzadan güclə qurtuldu - VİDEO
Psixoloq fəaliyyəti ilə bağlı AEM-dən mühüm açıqlama: Sənədlərə diqqət EDİN
Bakıda məktəbli öldürüldü: Sinif yoldaşı tutuldu
Abşeronda toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır











