Müğənni tikinti şirkətinin rəhbəri tərəfindən dələduzluğa məruz qalıbmış - DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Bakıda müğənninin dələduzluğa məruz qalması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Avtosfer.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Oxu.az-a açıqlamasında bildirib ki, polisə vətəndaş Asif Məhərrəmovun evinin təmir-tikinti işləri zamanı pul vəsaitinin ələ keçirilməsi iddiası ilə bağlı müraciəti daxil olub. Onun sözlərinə görə, müraciət əsasında Binəqədi Rayon Polis İdarəsində zəruri araşdırmalar aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.
***
Müğənni Asif Məhərrəmovun üzləşdiyi dələduzluğun detalları məlum olub. Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a müğənninin özü məlumat verib.
O bildirib ki, Binəqədi rayonunun Novxanı qəsəbəsində ev tikmək üçün torpaq sahəsi alıb:
"Torpaq sahəsində "A-Frame" (A şəklində) tipli ev inşa etdirmək istəyirdim. Maklerlərdən biri məni Anar Məmmədəliyev adlı şəxslə tanış etdi. Dedilər ki, həmin şəxsin tikinti şirkəti var. Həmin şəxslə danışdıq, müqavilə bağladıq. Müqaviləyə görə, üç ay müddətində mənə torpaq sahəmdə ev və hovuz tikib təhvil verməli idi. Müqavilənin müddəti üç ay olsa da, müddətdən yeddi ay keçdi, amma ev hazır olmadı. Sonradan evi yarımçıq götürdüm.
Evin və hovuzun inşası üçün 46 min manat ödəmişdim. O, evi tiksə də, hovuzda problem yarandı. Məlum oldu ki, hovuz betonsuz tikilib. Mən ona təklif etdim ki, hovuzu yenidən inşa etdirsin. O isə bildirdi ki, hazırda o qədər pulu qalmayıb. Mən ona bildirdim ki, hovuzu mən öz vəsaitim hesabına inşa etdirim, sonra mənim pulumu hissə-hissə qaytarsın. Razılaşdı və mən hovuzu yenidən inşa etdirdim. Ümumilikdə mənim əlavə 18 min manat xərcim çıxdı. Hovuz tam hazır olandan sonra pulu ödəmədi və yoxa çıxdı".
Müğənni bildirib ki, məsələ ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə müraciət edib:
"2025-ci ilin dekabr ayında polisə müraciət etdim. Məlum oldu ki, həmin şəxs Azərbaycanı tərk edib. 10 gün əvvəl o, Azərbaycana qayıdarkən hava limanında saxlanılıb. İfadəsi alınandan sonra sərbəst buraxılıb. Hazırda faktla bağlı araşdırma aparılır".
A.Məhərrəmov qeyd edib ki, A.Məmmədəliyev onunla yanaşı bir neçə şəxsə qarşı da dələduzluq edib:
"Bu barədə zərərçəkmişlər mənə məlumat veriblər. Yaxın günlərdə bu məlumatları da hüquq-mühafizə orqanlarına təqdim edəcəyəm".

Polis rəisi özünü vurdu - Araşdırmalara başlanıldı – FOTO
Oğurluğa görə axtarılan DYP əməkdaşı tapıldı - 23 il bu cür gizlənib
Qubada bədbəxt hadisə - Məktəbli özünü...
Zabratda təhlükəli mənzərə: Qopan ağac taxta dirəklərin ümidinə qalıb - VİDEO
İsmayıllıda cütlük maşında tutuldu – 15 yaşlı Babək həbs olundu
Polis dələduzluq edənlərə qarşı əməliyyat keçirdi - 15 nəfər istintaqa təhvil verildi
Sumqayıtda zavod işçisi avtobusda öldü
Masazırda “Chevrolet” keçiddən keçməyən piyadanı vurdu - VİDEO
Sərnişin oturacağında yatan sürücü həbs edildi
Ceyranbatanda atları döyüb öldürüblər – VƏTƏNDAŞ ŞİKAYƏTİ- VİDEO
Bakıda polisdən "qaçmaq" istəyən sürücünü anası İFŞA ETDİ










