Müştərinin maşınını qaçıraraq qəza törədən “moyşik” həbs edildi

Ucar Rayon Məhkəməsində talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmədə təqsirləndirilən İlkin Hacıyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Avtosfer.az xəbər verir ki, hakim Xəyal Bədəlovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib və təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs olunub.
İttihama görə, hadisə 04 mart 2024-cü il tarixdə, saat 14 radələrində Ucar şəhəri ərazisində qeydə alınıb.
Belə ki, İlkin Hacıyev işlədiyi avtoyuma məntəqəsində olarkən Ucar şəhər sakini Səlim Bayramov (soyadı şərti) atasına məxsus “Mercedes Benz” markalı avtomobili yuyulması üçün ora gətirib. Sonra təqsirləndirilən şəxs maşını talama məqsədi olmadan qanunsuz ələ keçirmək üçün sürücünün açarları avtomobilin üzərinə qoyub getməsindən istifadə edib. O, mühərriki işə salaraq nəqliyyat vasitəsini avtoyuma məntəqəsinin ərazisindən kənara çıxarıb Ucar şəhəri, Heydər Əliyev prospekti ilə idarə edib. Bu zaman İlkin qəfil idarə etməni itirərək maşını yol kənarındakı divara çırpıb. Nəticədə avtomobilin arxa oturacağında əyləşmiş sərnişinin xəsarətlər alıb və zərərçəkmiş şəxsə isə 11000 manat maddi ziyan dəyib.
Hadisədən sonra İlkin Hacıyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.(pravda.az)
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












