Naftalanda 40 yaşlı kişi küçədə sevgilisini qucaqladı, məhkəməlik oldu

Naftalanda 40 yaşlı kişi küçədə sevgilisini qucaqladığı üçün məhkəməyə verilib. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə şəhərin İslam Həsənzadə küçəsində yerləşən "İnşaat malları"mağazasının qarşısında baş verib. 1985-ci il təvəllüdlü İlham Əlləzov (ad və soyad şərtidir) avtomobili ilə hərəkətdə olarkən yolun kənarında keçmiş sevgilisi Güneli görür. O, avtomobilindən düşüb Günelin yanına gedir və onu qucaqlayıb barışmaq istəyir. Bu məqsədlə sevgilisini qucaqlayıb maşına tərəf gətirmək istəyərkən, Günel ona müqavimət göstərir. Sevgilisini maşına mindirmək istəyən İlhamla Günel arasında mübahisə yaranır və Günel yüngül xəsarət alır. Hadisə yerinə polis əməkdaşları gəlib və faktla bağlı cinayət işi başlanaraq iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq əldə edildiyi üçün işə xitam verilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












