Naftalanda yaşayış binasında YANĞIN - YENİLƏNİB

Hadisə 20 May 2025 11:27 Oxunub 3922
Naftalanda yaşayış binasında YANĞIN   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə mayın 20-də saat 5:00-da Naftalan şəhəri, İ.Həsənzadə küçəsində yerləşən yaşayış ünvanından yanğın baş verməsi barədə çağırış daxil olub".

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:

"Təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində iki nəfərə (kişi və qadın) tibbi xidmət göstərilib. Təxliyəyə ehtiyac yaranmayıb".

***09:12

Naftalanda yanğın olub.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə Naftalan şəhərinin mərkəzində qeydə alınıb. Belə ki, doqquz mərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində anidən yanğın olub. Əraziyə FHN yanğın söndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub.

Dərhal yanğın södürülüb, qonşuluqdakı evlərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı binanın doqquzuncu mərtəbəsində yaşayan 2 nəfər 1973-cü il təvəllüldü U.Əhmədova və onun övladı 1990-cı il təvəllüdlü B.Əhmədov tüstüdən zəhərləniblər. Hər iki şəxsə hadisə yerinə gələn təcili yardım birqadası yadım edib, vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə yanğın baş verən mənzildə təmir gedirmiş.

Baş vermiş yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh