Nağd ödənişin biabırçı təşviqi – Turan Bankda PARADOKS

Bəlkə də gənc oxucu bu başlığı görüb mənim haqqımda belə düşünəcək: mən ya yeni texnologiyaları nifrətlə qarşılayan sovet nəslinin nümayəndəsiyəm, ya da ümumiyyətlə bank sistemi barədə təsəvvürüm yoxdur.
Əslində rastlaşdığım hadisə məni də təəcübləndirdi. Bir müddət əvvəl Turan Bankda əməliyyat üçün ödənişi başqa bir bankın kartı ilə aparmaq istədikdə yaşadıqlarım məni əməlli-başlı şoka saldı desəm, yalan olmaz. Adətən görmüşük ki, nağdsız ödəniş üçün kartı post-terminala yaxınlaşdırma və zəruri hallarda kodu daxil etmək kifayətdir. Proses təxminən 1 dəqiqə çəkir.
Lakin bu dəfə tam başqa hal baş verdi: nağdsız ödəniş istəyim mənim əlavə 20 dəqiqə vaxtımı aldı. Bunun üçün bir neçə sənəd imzalamalı, onun filial rəhbərliyi tərəfindən təsdiqlənməsini gözləməli olduq. Hətta mənə belə bir “tövsiyə” də edildi ki, növbəti dəfə nağd pulla gəlim. Bu zaman prosedur daha asan olur.
Mənim VÖEN-im və buna bağlı Sahibkart-ım var (ABB). Bu kartdan hansısa ödənişi etmək mümkündür, lakin digər karta pul köçürmək olmur. Qazanılan pulun da hamısını nağdsız xərcləmək olmur.
Bankın kələyi budur ki, nağdlaşdlaşdırma zamanı 2 faiz komissiya tutulur. Bunu da verək?
İndi də beynimdə bir sual dolaşır: Dünyada sürətlə nağdsız ödənişə keçildiyi dövrdə nağd ödənişin asanlaşdırılması nəyə xidmət edir? Məsələn, Avstriya qanunvericiliyində nağd ödəniş hər bir şəxsin hüququ hesab edilsə də, nağdsız ödənişlər daha geniş yayılıb.
Bu gün Bakıda gənclər taksidə gediş haqqqını az hallarda nağd ödədiyi dövrdə bankın nağd ödənişi təşviq etməsi yumşaq desək, başadüşülən deyil.
Vüqar














