Narkokuryerlik edən “Wolt” sürücüsü və qadın tutuldu - FOTO - VİDEO

Bakıda narkokuryerlik edən “Wolt” sürücüsü və eyni əməli törədən qadın saxlanılıb. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində həyata keçirilən növbəti tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 1997-ci il təvəllüdlü Nərgiz Məhərrəmova və 1990-cı il təvəllüdlü Elman Əhmədov saxlanılıblar. Onların üzərindən, habelə N.Məhərrəmovanın sərnişin qismində əyləşdiyi avtomobildən, kuryer şirkətlərindən birində çalışan E.Əhmədovun çantasından ümumilikdə 27 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, heroin və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.
İlkin sorğu zamanı saxlanılan şəxslər aşkarlanmış narkotikləri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə gizlədilən yerdən Bakı şəhərində müxtəlif ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO













