NASA kosmosun səsini qeydə aldı: Qara dəlik necə səslənir?  - VİDEO
Hadisə 22 Avqust 2022 23:59 Oxunub 638
NASA kosmosun səsini qeydə aldı: Qara dəlik necə səslənir?   - VİDEO

NASA Yerdən 200 milyon işıq ilindən çox uzaqda yerləşən Perseus qalaktika klasterində qara dəliyin səs dalğalarını müəyyən edib.  

“Kosmosun böyük hissəsi səs dalğalarının yayıla bilmədiyi bir vakuumdur. Bu səbəbdən də  kosmosda səsin olmadığına dair yanlış fikir yaranır.

Lakin qalaktikalar çoxluğunda xeyli qaz var ki, bu da real səsi qəbul etməyə imkan verir”, - deyə kosmik agentliyin yaydığı məlumatda qeyd edilir.

Artıq kosmosdan qeydə alınmış səs yazısında kosmosun səsini eşitmək mümkündür.

Mənbə: newsbreak.com

ŞƏRH YAZ
Ad

E-mail

Şərh