Nasaz avtomobilini ustaya aparmaq istədi, canından oldu

Bir neçə gün əvvəl Masallı rayonunda dəhşətli hadisə baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə mayın 10-da saat 21 radələrində Masallı rayonu Həsənli kəndi ərazisində qeydə alınıb. 1990-cı il təvəllüdlü Fəyyaz Talıbov kənd ərazisindən keçən yolda aldığı xəsarətlərdən vəfat edib.
Hadisəyə səbəb F.Talıbovun "Mercedes" markalı avtomobilinin nasaz olması və onu ustaya aparmaq istəməsi olub. Belə ki, o, maşınını digər nəqliyyat vasitəsinə qoşub. Özü isə yedəyə alınmış avtomobilinin sükanı arxasına əyləşib. Kənd ərazisində hərəkətdə olarkən qarşıdakı avtomobilə bərkidilmiş maşın idarəetmədən çıxıb.
F.Talıbov maşının aşacağını ehtimal edib və avtomobilin qapısından özünü yerə atıb. O, yolun hərəkət hissəsinə düşüb və bu zaman əks istiqamətdən gələn digər “Mercedes” markalı avtomobil 35 yaşlı Fəyyazı vurub. F.Talıbov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Qeyd edək ki, faciəli şəkildə ölən Fəyyaz “Gilan İnşaat” MMC-nin əməkdaşı olub. Onun fotosunu təqdim edirik.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












