
Naxçıvan hava limanında ƏMƏLİYYAT: saxlanılan var
Hadisə
14 Fevral 2023 19:46
Oxunub 1064

Naxçıvanda hava limanında əməliyyat keçirilib.
Muxtar Respublikanın Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Culfa rayon Polis Şöbəsinin əməkdaşları Şərur rayon sakini Asim Mustafayevi Beynəlxalq Hava Limanı ərazisində şübhəli şəxs qismində saxlayıblar.
Həmin şəxsin həkim müayinəsindən keçirilməsi nəticəsində narkotik vasitələrin yüksək miqdarda istehlakına görə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati xəta hakkında protokol tədbiq olunmuş və Babək rayon Məhkəməsinin qərarına əsasən 40 (qırx) gün müddətində inzibatı həbs olunub. (lent.az)
ŞƏRH YAZ