Naxçıvan polisi əməliyyat keçirdi - 242 nəfər saxlanıldı - FOTO - VİDEO

Naxçıvan Muxtar Respublikasında ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətkarlığın qarşısının alınması və hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində polis əməkdaşları tərəfindən son bir ay ərzində kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az- bildirilib ki, müxtəlif hüquqazidd əməllər törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.
Keçirilən əməliyyat tədbirləri ilə ticarət obyektlərindən, mənzillərdən və digər ərazilərdən pul, qızıl-zinət əşyaları, əlvan metallar, tikinti materialları, məişət əşyaları, spirtli içkilər və tütün məmulatları oğurlamaqda şübhəli bilinən 19 nəfər saxlanılıb. Eyni zamanda, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, vətəndaşların etibarından sui-istifadə edərək işə düzəltmək adı ilə pul vəsaitlərini mənimsəyən, eləcə də qanunsuz ovla məşğul olan 6 nəfər barəsində müvafiq tədbirlər görülərək, məsuliyyətə cəlb edilib. Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan 29 ədəd odlu silah, 6 qaz tapançası, 10 avtomat darağı, 961 ədəd patron, 1 ədəd əl qumbarası və 4 ədəd süngü bıçağı aşkar edilərək götürülüb.
“102” Xidməti-Zəng Mərkəzinə daxil olmuş 2000-dən artıq müraciət operativ cavablandırılıb, daxil olan məlumatlar üzrə polis naryadlarının hadisə yerlərinə vaxtında yönləndirilməsi təmin edilib.
Bununla yanaşı, mülki-hüquqi öhdəliklərin icrasından yayınan və Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 242 nəfər saxlanılıb.
Qeyd olunan faktlarla bağlı araşdırmalar davam etdirilir, saxlanılmış şəxslər barəsində məhkəmələrin qərarları ilə müvafiq qətimkan tədbirləri seçilib.
Vətəndaşların qəbulu zamanı müraciət edən 205 nəfərin müraciətləri qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülüb, vətəndaş məmnunluğu təmin edilib.
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO
Bakıda süpürgəçini maşın vurub öldürdü
Gəncədə qətlə yetirilən şəxs DİREKTOR MÜAVİNİ İMİŞ: Oğlu saxlanıldı - FOTO - YENİLƏNİB
Gəncədə avtomobil keçiddən keçən orta yaşlı kişini vurdu - VİDEO
















