Naxçıvanda aşkarlanan sursatlar ərazidən götürülərək kənarlaşdırılıb - FOTO - VİDEO (YENİLƏNİB)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kəngərli rayonu, Çarxanqala kəndi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 2 ədəd TM 62 tank əleyhinə mina, 1 ədəd qumbaraatan mərmisi, 1 ədəd F-1 əl qumbarası və 1 ədəd döyüş başlığı ilə birlikdə 82 mm-lik minatan minası olduğu müəyyən edilib.
Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.



***
Naxçıvan polisi tərəfindən Kəngərli rayonu ərazisində partlamamış sursatlar aşkar edilib.
Avtosfer.az xəbər verir ki, Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Kəngərli rayonunun Çalxanqala kənd ərazisində 2 ədəd tank əleyhinə mina, 1 ədəd əl qumbarası, 1 ədəd 120 mm-lik minaatan mərmi, 1 ədəd tank əleyhinə mərmi və 2 ədəd mina üçün döyüş başlığı aşkar edilib.
Sadalanan sursatların təhlükəsiz şəkildə daşınması və məhv edilməsi üçün adiyyəti üzrə təhvil verilib.
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO












