Naxçıvanda avtomobildə yanğın olub - VİDEO

Hadisə 26 Fevral 2024 13:29 Oxunub 348
Naxçıvanda avtomobildə yanğın olub - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri, 58-ci məhəllədə minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Avtosfer.az-ın FHN-ə istinadən xəbıər verir ki, dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Naxçıvan şəhər Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində “VAZ-21015” markalı minik avtomobilinin mühərrik hissəsi, ön təkərləri və sürücü paneli qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh