Naxçıvanda bahalı əşya satanlar cərimələndilər – FOTO + VİDEO
Hadisə
13 Avqust 2024 16:30
Oxunub 208
Naxçıvan şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qanunsuz küçə ticarəti ilə məşğul olan, həmçinin məişət əşyalarını dəyərindən qat-qat baha qiymətə vətəndaşlara təklif edərək istehlakçıların hüquqlarını qəsdən pozan şəxslər müəyyən ediliblər.
Muxtar Respublikanın Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, keçirilən profilaktik tədbirlərlə qeyd edilən hüquqpozmalara yol verən 13 şəxs müəyyən edilib. Onlar barəsində inzibati protokollar tərtib olunub.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR