Banner

Naxçıvanda istirahət mərkəzində ailə faciəsi - Ölənlər var - YENİLƏNİB

Hadisə 5 Sentyabr 2025 12:41 Oxunub 1108
Naxçıvanda istirahət mərkəzində ailə faciəsi - Ölənlər var   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Naxçıvandakı istirahət mərkəzində üç nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Şahbuz rayonunun Ayrınc kəndində sakinlərdən biri həyətində ailəvi istirahət məkanı açıb və orada qonaqlara xidmət edirmiş. Həyətin sahibi məkanın adını isə "Ayrınc" ailəvi istirahət evi adlandırıb.

Naxçıvan şəhər sakinləri - 1982-ci il təvəllüdlü Tural Hüseynov, həyat yoldaşı, 1983-cü il təvəllüdlü Sevinc Hüseynova, övladları, 2007-ci il təvəllüdlü Nicat Hüseynov, 2011-ci il təvəllüdlü Ceyran Hüseynova və qohumları, 1947-ci il təvəllüdlü Səbinə Məmmədova Şahbuz rayonunun Ayrınc kəndinə istirahətə gediblərmiş. Onlar həmin məkanda bir günlük kirayə ev tutub, orada istirahət etmək istəyiblər.

Həmin vaxt onlar ev sahibinin həyətində yaradılmış süni gölün üzərində kustar üsulla, dəmir çəlləklərdən hazırlanmış kanata bənzər qurğunu görüb, həmin qurğudan istifadə etmək qərarına gəliblər. Tural bununla bağlı ev sahibinə müraciət edib. Ev sahibi onlara həmin qurğuya üç nəfərdən artıq insanın minməsinə icazə verməyib. Amma ailə onun sözünə məhəl qoymayıb və həmin dəmir qurğuya beş nəfər daxil olub. "Kanat" gölün üzərinə çatanda qırılıb və ailənin hamısı gölə düşüb.

Hadisə nəticəsində Təranə Hüseynova və 14 yaşlı qızı Ceyran göldə dəmir çəlləklərin zərbəsindən dünyasını dəyişiblər. Hadisə nəticəsində xəsarət alan S.Məmmədova isə xəstəxanaya aparılarkən yolda keçinib. Hadisə zamanı gölə düşən Tural Hüseynov və oğlu Nicat sağ qalıblar.

Faktla bağlı araşdırmalar davam edir.

***

Şahbuzda istirahət mərkəzində su üzərində olan - əldə hazırlanmış platformanın aşması nəticəsində həlak olan şəxslərin adları məlum olub.

Avtosfer.az "Nuhçıxan"a istinadən xəbər verir ki, hadisə zamanı 1983-cü il təvəllüdlü Sevinc Abdulla qızı Hüseynova, onun qızı, 2011-ci il təvəllüdlü Ceyran Tural qızı Hüseynova və nənə, 1947-ci il təvəllüdlü Səbinə Xəlil qızı Məmmədova həlak olublar.

Faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Naxçıvanda istirahət mərkəzində bədbəxt hadisədən sonra xəstəxanaya gedərkən qəzaya düşərək xəsarət alanların vəziyyəti açıqlanıb.

Bu barədə Avtosfer.az-a Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yaralılarda ciddi xəsarət olmayıb.

Həmçinin əlavə olunub ki, vəziyyəti qənaətbəxş hesab edilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***09:18

Naxçıvanın Şahbuz rayonu Ayrınc kəndində yerləşən istirahət mərkəzlərinin birində gölməçə üzərində olan platforma aşıb, ölənlər var.

Avtosfer.az “Nuhçıxan”a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb.

Belə ki, ailənin 2 üzvü hadisə yerində, digəri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisədən sonra xəstəxanaya yollanan digər ailə üzvləri isə yolda qəza törədib.

Yol qəzası zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Hüseynov Tural Əli oğlu və onun oğlu, 2007-ci il təvəllüdlü Hüseynov Nicat Tural oğlu xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Baş verən hadisələrlə bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh