Naxçıvanda selə düşən şəxs belə xilas edildi - VİDEO

Naxçıvanda çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib. Avtosfer.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikası, "Arpaçay" çayının Şərur rayonunun Yuxarı Daşarx kəndindən keçən hissəsində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar əraziyə Naxçıvan Muxtar Respublikası FHN-in xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, vətəndaşın çay yatağında traktorla dib dərinləşdirmə işləri apardığı zaman ani gələn sel nəticəsində həyati təhlükəli vəziyyətdə qaldığı müəyyən olunub. Xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan 1987-ci il təvəllüdlü Cəfərov Elmir Məhərrəm oğlu xilas edilib.
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO












