Nazirlər Kabinetində işə düzəldəcəyi vədini verib 40 MİN “ATDI”

Bakıda vəzifəyə təyin olunmaq üçün 40 min manat pul verən şəxs dələduzluqla üzləşib.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Elşən Ağayev barəsində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə iş açılıb.
Məlum olub ki, Elşən tanışı S.Məmmədova onu Nazirlər Kabinetində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, sonuncudan 2023-cü ilin yanvar-fevral aylarında Nərimanov rayonunda yerləşən “Margarita” restoranının qarşısında 40 min manat pul alıb. Lakin daha sonra Elşənin yalanı üzə çıxıb. Onun pulları dələduzluq yolu ilə ələ keçirməsi müəyyən edilib.
Bu səbəbdən S.Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edib. O, Elşənə verdiyi pulun faizini də hesablayaraq 50 min manat tələb edib.
Cinayət işinin başlanmasından sonra Elşən həbs edilib. Onun barəsindəki cinayət işinin materialları Nərimanov rayon Məhkəməsinə göndərilib. Məhkəmədə o, qarşı tərəfə vurduğu ziyanı tam ödəyib.
Məhkəmənin hökmü ilə Elşən Ağayevə 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun gecə saatlarında yaşadığı yeri tərk etməsi, ictimai tədbirlərə qatılması qadağan edilib və məhkəmə zalından sərbəst buraxılıb.
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO










