Nazirlik cərimələdi, məhkəmə rədd etdi

Xankəndi şəhər 4 saylı orta məktəbin direktor müavini cərimələnib. Avtosfer.az-ın Oxu.Az-a istinadən məlumatına görə, direktor müavinini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cərimə edib. Belə ki, nazirliyin aidiyyəti qurumu Xankəndi şəhər Nizami Gəncəvi adına 4 saylı orta məktəbdə araşdırma aparıb. Araşdırmalar zamanı məlum olub ki, Lalə Xankişiyeva adlı xanım imtahan verərək adıçəkilən orta məktəbə 1 illik müqavilə əsasında müəllim təyin edilib. Lakin həmin müəllimə elektron əmr imzalanmadan işə başlayıb və altı ay əməkhaqqı alıb. Araşdırmalar zamanı o da məlum olub ki, məktəbin əvvəllər tabe olduğu Qarabağ Regional Təhsil İdarəsi həmin məktəbə direktor təyin etmədiyindən, müavin olaraq Gültac Nəzərovadan müəllimlərin əməkhaqqı alması üçün siyahı istənilib. Direktor müavini Gültac Nəzərova da yeni təyin olunmuş Lalə Xankişiyeva da daxil olmaqla müəllimlərin siyahısını regional idarəyə təqdim edib. Araşdırmaların sonunda qərar qəbul edilib və direktor müavini Gültac Nəzərova 3000 manat cərimə edilib. Ancaq direktor müavini qərarı əsassız hesab edərək məhkəməyə üz tutub. Məhkəmə araşdırması zamanı G.Nəzərova günahsız hesab edilib və onun barəsindəki qərar ləğv olunub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












