Neapol dairəsində təhlükə saçan sürücü gənc qızı az qala vururdu - REAL VİDEO

Hadisə 20 Aprel 2026 13:30
Neapol dairəsində təhlükə saçan sürücü gənc qızı az qala vururdu   - REAL VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Xətai rayonunda ard-arda qayda pozan sürücü qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 16-da saat 16:20 radələrində Neapol dairəsində baş verib. Belə ki, 10-RY-160 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobilin sürücüsü piyadaya yol verən nəqliyyat vasitəsinə məhəl qoymayaraq, yol nişanlanmasının tələblərini kobud şəkildə pozub və əks istiqamətli hərəkət zolağına çıxıb. Nəticədə sürücü piyada keçidindən istifadə edən gənc qız üçün real qəza riski yaradıb. Xoşbəxtlikdən piyada son anda dayanaraq toqquşmadan yayınıb.

Bununla kifayətlənməyən sürücü, əks istiqamətdə hərəkət edərkən qarşıdan gələn digər nəqliyyat vasitəsi üçün də qəza şəraiti formalaşdırıb.

Təəssüf ki, bəzi sürücülər yol hərəkəti zamanı qarşıdakı avtomobilin dayanma səbəbini araşdırmadan, səbrsizlik nümayiş etdirərək qaydaları pozur və əks yola çıxmaqla həm piyadaların, həm də digər hərəkət iştirakçılarının həyatını riskə atır. Halbuki əksər hallarda nəqliyyat vasitəsinin dayanmasının səbəbi məhz piyada keçidində yol verilməsi ilə bağlı olur.

Nərmin

 

Oxunub : 442
ŞƏRH YAZ
Ad

E-mail

Şərh