Nəcməddin Sadıkov yenə məhkəməyə çağırıldı

“AtaBank”dan götürdüyü 42 milyonu mənimsəməkdə ittiham olunan Müdafiə Nazirliyinin keçmiş zabiti Zahid Niftəliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşmaq üzrədir. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda Niftəliyevin vəkili bu işdə adı keçən Azərbaycan Ordusunun sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun əlavə şahid kimi dindirilməsini istəyib. Müdafiəçinin sözlərinə görə, Nəcməddin Sadıkov bu işdə əsas şəxsdir, amma ittiham tərəfinin şahidləri sırasında yer almayıb. Onun dedikləri iş üçün xüsusi əhəmiyyətlidir. Novruz Kərimovun sədrlik etdiyi məhkəmə tərkibi general Sadıkovun dindirilməsinə ehtiyac görməyib. Bu səbəbdən vəsatət təmin edilməyib. Bundan sonra son şahid mərhum vergilər naziri Fazil Məmmədovun müşaviri işləmiş Mahir Rəfiyevin istintaq vaxtı verdiyi ifadəsi elan edilib. “AtaBank”ın səhmdarlarından biri istintaqa ifadəsində deyib ki, Fazil Məmmədovun göstərişi əsasında bankdan Nəcməddin Sadıkovun göndərdiyi şəxsə kredit ayrılmasını təmin edib. İfadəyə münasibət bildirən Zahid Niftəliyev deyib ki, iki dəfə şirkətin ləğv olunması ilə bağlı sənədləri imzalayıb: “İndi anlayıram ki, onlar mənimlə oyun oynayıblar. Fazil Məmmədov vəzifədən çıxarılana qədər adıma kredit rəsmiləşdirildiyindən xəbərsiz olmuşam”. Növbəti proses iyunun 25-nə təyin edilib. Qeyd edək ki, Z.Niftəliyev ötən il başqa cinayət işi üzrə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












