Nəcməddin Sadıkovun adı çəkildi, özündən çıxdı - “O pulu kim yeyibsə...”

42 milyonluq mənimsəmədə ittiham olunan Müdafiə Nazirliyinin keçmiş zabiti Zahid Niftəliyevin məhkəmə araşdırması davam edir.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda təqsirləndirilən şəxs vəkilinin suallarını cavablandırıb.
Vəkili “Şlyapa Zahid” kimi tanınan Niftəliyevdən birinci “AtaBank”dan 42 milyon manat kreditin kimin təşəbbüsü ilə götürüldüyünü maraqlanıb, müvəkkilinə “sizin götürdüyünüz kreditin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkov və digərləri tərəfindən mənimsənildiyi deyilir. Bu barədə nə deyə bilərsiniz?”-, deyə sual ünvanlayıb.
Bu məsələ “Şlyapa Zahid”i özündən çıxarıb. O, məhkəmədə işlədilməməli olan sözlər deyib:
“Ümumiyyətlə kredit söhbəti olmayıb. Sadəcə firma yaradılmalı idi. Hansısa vicdansız imzamdan istifadə edib o, pulu yeyibsə…(hakim onun sözünü kəsərək, xəbərdarlıq edir-red).”
İstintaq materiallarında yazır ki, təqsirləndirilən şəxs kredit işləri ilə bağlı 7 dəfə bankda olub. Müdafiəçi müvəkkilindən bu məsələyə də aydınlıq gətirməsini istəyib.
“Yeddi dəfə nədir? Mən cəmi 1 dəfə bankda olmuşam. Mənə kim idi kredit verən? Keçən dəfə də dedim bu işə niyə razı olmuşam. Bu Fazil Məmmədovun (mərhum vergilər naziri-red) işi olub. Mən kim idim ki, o boyda kredit versinlər. Fazilin müşaviri Mahir Rəfiyev ilə də cəmi bir-iki dəfə görüşmüşəm.”
Bu iş üzrə növbəti iclas noyabrın 27-də keçiriləcək.
Qeyd edək ki, Z.Niftəliyev ötən il başqa cinayət işi üzrə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Yeni cinayət işinə görə o, cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına köçürülüb.
Xüsusi qeyd: Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO
Ağdamda traktor minaya DÜŞDÜ - YENİLƏNİB










