Banner

Neftçalada qadın infarktdan ölüb - YENİLƏNİB

Hadisə 16 Fevral 2025 23:28 Oxunub 380
Neftçalada qadın infarktdan ölüb - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Neftçala rayonunda qadın infarktdan ölüb.

Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, rayonun Qaraymanlı kənd sakini, 1973-cü il təvəllüdlü Tağıyeva Şəhla Telman qızı Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən həkiməqədər ölüm faktı qeydə alınıb.

Qadının infarktdan öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.

***
Neftçala rayonunda qətl hadisəsi baş verib.

Hadisə rayonun Qaraymanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 1973-cü il təvəllüdlü Tağıyeva Şəhla Telman qızı ailə münaqişəsi zəminində əri tərəfindən çoxsaylı bıçaq zərbəsi alıb.

Yaralı qadın Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh