“Neftçi” klubunun məşqçisinin maşınını vurub qaçan sürücü TAPILDI - FOTO - YENİLƏNİB

“Neftçi” futbol klubunun məşqiçisi Babək Həsənovun avtomobilinə maddi ziyan vuran sürücü tapılıb.
Bu barədə zərərçəkmiş Avtosfer.az-ın “Whatsapp” ünvanına yazaraq məlumat verib. O bildirib ki, sözügedən sürücü Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qısa zamanda müəyyən olunub.
B.Həsənov saytımız vasitəsilə göstərdikləri səyə görə təşəkkürünü bildirib: “Məsələyə operativ yanaşdıqları üçün başda cənab nazir Vilayət Eyvazov olmaqla Daxili İşlər Nazirliyinin əməkdaşlarına minnədarlığımı bildirirəm”.
Zərərçəkmiş sonda sürücülərə müraciət edərək törətdikləri əməldən qaçmamalarını tövsiyə edib.
***
4 aprel, 10:51
***
“Neftçi” futbol klubunun məşqçisi Babək Həsənovun maşınını vuran sürücü hadisə yerini tərk edib.
Zərərçəkmiş sürücü Avtosfer.az-ın “Whatsapp” ünvanına müraciət edərək başına gələn hadisəni şərh edib. Qəza paytaxtın Binəqədi rayonunda (Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında) aprelin 3-də axşam saatlarında qeydə alınıb. Belə ki, Babək Həsənova məxsus 99-TD-898 dövlət nömrə nişanlı “KIA” markalı avtomobil, 77-FD-721 dövlət nömrə nişanlı “KIA” markalı maşının sürücüsü tərəfindən vurulub. Zərərçəkmiş qəzanı törədən şəxsin hadisədən sonra ona yaxınlaşaraq vurduğu zərəri ödəyəcəyini vəd etdiyini qeyd edib. Ardınca adam çağırdığını bildirən sürücü zərərçəkmişə hələlik maşında əyləşərək gözləməsini söyləyib. Lakin o, maşınına oturaraq qəza yerindən qaçıb.
Zərərçəkmiş məsələylə bağlı aidiyyəti orqanlara ( DİN-in “102” Xidməti-Zəng mərkəzinə, sığortaya) müraciət etdiyini əlavə edib.
Babək Həsənovun iddiasına əsasən, sürücüdən kəskin spirt qoxusu gəldiyi üçün o, böyük ehtimal sərxoş halda avtomobili idarə edib.
Nərmin
Azərbaycanlı müğənni qəzaya düşdü: “… dəyən zərbə çox güclü idi” - FOTO
Bakı dairəvi yolunda maşın yandı - Sıxlıq yarandı - FOTO - VİDEO
Bakıda maşın velosipedçini vurub öldürdü
"Tik-Tok"da açıq videosunu paylaşan qadın 15 sutka həbs edildi
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı
Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq artdı - 1 milyondan çox ...
İşıqforu və hərəkətdəki maşınları gözardı edən qadın qəzadan güclə xilas oldu - VİDEO
Naxçıvanda maşınla vurulan gənc qız öldü - FOTO
Xocalıda yollar buz bağladı: Vətəndaşlar köməksiz vəziyyətdə qaldı - FOTO - VİDEO
Qanunsuz lizinq, yüksək faiz - "Avto Kredit" qanunları necə pozur? - FOTOLAR
Sarayda minik avtomobili yandı








